EN

Yüksəkvəzifəli məmur xanım əməkdaşlarına avtomobil hədiyyə edib? - Açıqlama

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına avtomobil hədiyyə etməsi ilə bağlı iddialar tam əsassızdır".

Teleqraf.com xəbər verir ki, bu məlumat "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətinin açıqlamasında öz əksini tapıb.

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərə xidməti istifadə üçün avtomobillər verilir. Məlumat üçün bildiririk ki, qeyd olunan iddialar tam əsassızdır. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib.

Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir", - deyə rəsmi açıqlamada qeyd olunub.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
7
teleqraf.com

10Sources