EN

Güclü külək və leysan Qəbələdə fəsadlar törətdi – FOTO

Səhər saatlarından Qəbələ rayonu ərazisində güclü küləklə müşayiət olunan leysan yağışları yağıb, fəsadlar var.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şimal-Qərb bölgəsində müşayiət olunan qeyri-sabit hava şəraiti Qəbələdə daha kəskin biruzə verib.

Güclü küləklə müşahidə edilən leysan yağışları nəticəsində Qəbələ-Oğuz avtomobil yolunda ağaclar aşıb, elektrik dirəkləri və naqillər zədələnib. Avtomobil yoluna aşan ağaclar nəqliyyatın hərəkətinə qismən mane olsa da, tezliklə yol təmizlənib və hərəkət tam bərpa olunub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir. Fəsadların aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlar tərəfindən iş aparılır.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
168
35
bizim.media

10Sources