EN

Elmira Axundovanın kitablarının təqdimatı

Son yeniləmə: 3 İyul 2024 11:36 BAYRAQDAR MEDİA – İyulun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xalq yazıçısı Elmira Axundovanın “Aranızda ən böyük dissident mən idim! Heydər Əliyev və yaradıcı ziyalılar” (“Самым большим диссидентом среди вас был я! Гейдар Алиев и творческая интеллигенция”) və “Ədəbi gəzintilər: Zaman… Süjetlər… Düşüncələr” (“Литературные странствия: Время… Сюжеты… Мысли”) adlı kitablarının təqdimatı keçirilib.Təqdimatda öncə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək E.Axundovanın fəaliyyəti, yaradıcılığı haqqında ətraflı məlumat verib. Akademik yazıçının “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabından bəhs edib və bu nəşri Azərbaycanda və ölkədən kənarda Ulu Öndər haqqında yazılmış alternativi olmayan qiymətli bir külliyat adlandırıb. İ.Həbibbəyli qeyd dedib ki, E.Axundova Ümummilli Liderin haqqında ilk və ən sanballı sənədli bioqrafik romanın müəllifidir. Akademik əlavə edib ki, Xalq yazıçısı bu yolla Azərbaycanda sənədli bioqrafik roman janrının yaradıcısı kimi çıxış edib. Çıxışının sonunda İ.Həbibbəyli yazıçıya fəaliyyətində uğurlar diləyib.Tədbirdə Prof. Asif Rüstəmli, Xalq rəssamı Ömər Eldarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, tarix elmləri doktoru Eynulla Mədətli və digərləri çıxış edərək E.Axundovanın çoxşaxəli fəaliyyətindən söhbət açıb, müəllifə uğurlar arzu ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
bayraqdar.info

1Sources