İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib.
İSB-nin Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun yeni icraçı direktoru təyin edilib.
V. Məsiyev bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.
V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşgulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.