EN

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq

Bakı. Trend:

Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pultəşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsizlisenziya təqdim edib. Baş bank ödəniş xidmətlərinin göstərilməsiüçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digərtəşkilatların qiymətləndirilməsinin hazırda davam etdiyiniaçıqlayıb. Bu, o deməkdir ki, yaxın zamanlarda sözügedənlisenziyaya sahib olan təşkilatların sayı arta bilər. Qeyd edək ki,indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniştəşkilatı müraciət edib.

Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabında yazıb.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğunolaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektronpulla əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda,lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərinihəyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alantəşkilat elektron pulun emissiyası və elektron pul ilə ödənişəməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçünvasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödənişkartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarınınicrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödənişəməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyatakeçirə bilir.

Deməli, tezliklə Azərbaycanda elektron pulların dövriyyəyəburaxılması mümkün olacaq. Elektron pullar ödəniş sisteminiasanlaşdırmaqla yanaşı, mərhələli şəkildə gələcəkdə kağız pullardanistifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu, banklar üçünyeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsulburaxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığınartırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçünelektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlirmənbəsinə də çevrilə bilər.

Qeyd edək ki, dünyanın əksər ölkələrində elektron pullardanistifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur.2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2milyard dollar olub" - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
49
az.trend.az

10Sources