EN

“Neftçi” Türkiyədə 4 oyun keçirəcək

“Neftçi”

Bakı, 8 iyul, AZƏRTAC

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, təlim-məşq toplanışının Bakıda təşkil olunmuş ilk mərhələsini ötən həftə başa vuran “ağ-qaralar” bu gün Türkiyədə ikinci mərhələyə start verəcək.

Toplanış iyulun 26-dək Ərzurum bölgəsində davam edəcək. Komanda hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
8
azertag.az

9Sources