EN

Sabahdan deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanır

Sabahdan növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanacaq.

525.az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edəcək (APA).






















Bizi İnstagramda izləyin

Chosen
125
2
525.az

3Sources