Oğuzda fərdi yaşayış evi yanıb.

Leqal.info xəbər verir ki, gecə saat 03:30-da rayonun Bayan kəndində Çingiz Abdulrəhmanova məxsus fərdi yaşayış evində yanğın olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info