Müdafiə nazirinin müavinlərinin sayı AZALDILDI
Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib. Patrul.az "oxu.az"a istinadən xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb. Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb. Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb. Nazirlikdən faktı təsdiq ediblər.