Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin basketbolçusu Angelina İsmayılova Avropa çempionatının ən dəyərli oyunçusu (MVP) seçilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Qeyd edək ki, C divizionunda yer alan yığmamız finalda Kipri 69:52 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi adını qazanıb.