Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.
AZXEBER.COM xəbər verir ki, \"Qarabağ\"ın potenisal rəqibləri olan Cəbəllütariqin \"Linkoln\" komandası Malta \"Hamrun\"u ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Görüşü fransalı hakimlər briqadasından Erik Utallier idarə edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.