EN

Cəlilabadda ev yanıb külə döndü

Cəlilabad rayonunun Fətullaqışlaq kəndində yaşayış evi yanıb.

Yenisabah.az xəbər verir ki, yanğın Samir Babayevə məxsus bir mərtəbəli, təxminən 70 kvadratmetr olan evdə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev əşyaları ilə birlikdə külə dönüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
4
yenisabah.az

10Sources