EN

ABŞ-da Rusiyanın Hindistanla dostluğundan narahatdır

ABŞ administrasiyası Hindistanın Rusiya ilə münasibətləri kəsmək niyyətində olmadığını bilir, lakin Vaşinqton bu mövzunu Yeni Dehli ilə müzakirə etməyə davam etmək istəyir.

Vətəninfo.az xəbər verir ki, bu mövqeyi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Hindistanla münasibətlərimiz baxımından biz Hind-Sakit okean regionunda texnologiya, iqtisadiyyat, idarəetmə və geosiyasət sahələrində inanılmaz imkanlar görürük və biz bu əlaqələri bərabərhüquqlu, digər ölkələrlə məşğul olan iki suveren dövlət kimi dərinləşdirmək istəyirik. Hindistanın isə Rusiya ilə tarixi əlaqələri var ki, bu da təbii olaraq pozulmayacaq”, – Aspen İnstitutunun təşkil etdiyi illik təhlükəsizlik forumunda çıxış edən Sallivan bildirib.

Chosen
139
1
veteninfo.az

10Sources