EN

Mərhum jurnalistin adına müsabiqə keçirilir

Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın qurucusu və mərhum baş redaktoru, tanınmış mərhum jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş “Zülfüqar Hüseynzadə mükafatı” adlı müsabiqə elan edir.

İlk müsabiqənin mövzusu Z.Hüseynzadənin yaradıcılığı və jurnalist fəaliyyəti dövründə qələmini süngüyə çevirərək, yağı düşməndən azad edilməsi üçün ürəyinin yağını əritdiyi və nəhayət, azad edildikdən sonra qucağında ruhunun əbədiyyətə qovuşduğu doğma yurduna - Kəlbəcər rayonuna həsr edilib.

Müsabiqəyə qoşulmaq istəyənlər aşağıda qeyd edilən mövzulardan birini seçə bilərlər:

- Kəlbəcər rayonunun misilsiz təbiəti, yeraltı və yürsüstü sərvətləri,

- ⁠Kəlbəcərin ekstremal şəraiti və tarixi abidələrin zənginliyi baxımından böyük turizm potensialı,

- ⁠Kəlbəcər işğaldan azad edildikdən sonra yenidən dirçəldilməsi üçün görülən işlər, həyata keçirilən böyük layihələr və perspektivlər.

Qeyd: Bu mövzular ümumi istiqamətləndirici mahiyyət daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad oluna bilər.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

-Mövzunu dolğun əhatə etmə səviyyəsinə;

-Təsvirlər zamanı leksikon və ifadə vasitələrinin zənginliyinə;

-Mövzuya analitik yanaşmaya, fakt və problemlərin düzgün təhlilinə;

-Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

-Oxucu üçün informasiyalılıq dərəcəsinə;

-Müasir və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqənin şərtləri

Müsabiqəyə 23 iyul 2024-cu il tarixindən 18 avqust 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.

Yazılar 8 min işarədən çox olmamalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
14
publika.az

10Sources