EN

Mirzəqurbanlı kənd sakinləri ilə növbəti səyyar görüş - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Mirzəqurbanlı kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.  

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Mirzəqurbanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Mirhəsən Seyidov çıxış edərək bildirib ki, ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına hələ ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən başlanılıb. Ümummilli liderin gənclərin dəstəkçisi olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb.

İcra başçısı bu gündə ulu öndər Heydər Əliyevin gənclər siyasətinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən gənclərə diqqət və qayğının göstərilməsini vurğulayıb.

Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

M. Seyidov Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.





Chosen
240
2
qafqazinfo.az

10Sources