"Kapital Bank" ASC-nin 2024-cü ilin 2-ci rübü üzrə depozit portfeli 7 601 089 min manat təşkil edib.
Fins.az "Kapital Bank"ın maliyyə hesabatına əsasən xəbər verir.
Məlumata görə, bankın depozit portfeli 2024-cü ilin 2-ci rübünün sonuna olan vəziyyətin 2023-cü ilin sonuna olan vəziyyətlə müqayisədə 1 279 470 min manat və ya 20,2 % artıb.
Fuad Mədətov
Fins.az