Hindistanın Kerala əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 93-ə çatıb.
BiG.AZ xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinə aid 2 helikopter bölgəyə göndərilib.
Hindistanın Baş naziri Narendra Modi Kerala əyalətinin baş naziri Pinarayi Vijayan ilə əlaqə saxladığını və dövlətə hər cür köməklik göstərəcəklərini bildirib.
BiG.Az