1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail kəşfiyyatı Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni "WhatsApp" vasitəsilə izləyib.
Oxu.Az-ın kp.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə livanlı jurnalist Elii Manye məlumat verib.
Onun sözlərinə görə, İsrail kəşfiyyatı Haniyənin telefonuna "WhatsApp"da mesaj vasitəsilə casus proqramı yükləyib. Bu proqram HƏMAS liderinin olduğu evin dəqiq yerini müəyyən etməyə və pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib.
Manye iddia edir ki, zərərli proqram təminatı smartfonların sındırılması üçün istifadə olunan "Pegasus" virusuna bənzəyir və İsrailin "NSO Group" şirkəti tərəfindən lisenziya əsasında hazırlanır.
Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına raket hücumu nəticəsində öldürülüb.