Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azintelecom"un İdarə Heyətinin Sədrinə daha bir yeni müşavir təyin edilib.
"BusinessTime" xəbər verir ki, bu vəzifəyə kriptoqrafiya və elektron imzaların inkişafı üzrə geniş təcrübəyə malik olan Fərid İsmayılzadə təyinat alıb.
F.İsmayılzadə buna qədər qurumun Etimad Xidmətləri Şöbəsinin müdiri olub.