EN

Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşub: ölən və yaralananlar var

Yayımlandı: 2 Avqust 2024 13:12 1 nəfər ölüb, xəsarət alan 18 nəfər xəstəxanaya yerləşdirilib Bakı-Sumqayıt yolunda 2 avtobusun toqquşduğu bildirilir. Hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində çağırış daxil olub. Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər isə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralananlardan ikisinin vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
26
xural.com

10Sources