EN

Bakı -Sumqayit yolunda iki Avtobus toqquşub Ölən və yaralananlar var

 Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.Avropa .info Report-a istinadla xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.Məlumata görə, 29 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub, 10 dan çox yaralının olduğu bildirilir.***Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.***Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.Qeyd edilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb.Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.***Bakı-Sumqayıt yolunda toqquşan avtobusların sürücülərinin adları məlum olub.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.Bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Nazim Kazım oğlu Hüseynovun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “Neoplan” markalı, 99 JH 667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Adil Şəmil oğlu Yunusovun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İsuzu” markalı, 50 DO 539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.Toqquşmadan sonra “İsuzu” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
26
avropa.info

10Sources