EN

Dmitri Savelyevin sifariş verdiyi qətlin təfərrüatı bilindi

Bakı. Trend:

Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin cəzaçəkməmüəssisəsində biznes ortağı Sergey İonovun qətlini sifariş etməsiilə bağlı bəzi detallar məlum olub.

Trend rus KİV-lərinəistinadən xəbər verir ki, deputat Dmitri Savelyevin təsisçisi vəsenatorun oğlunun direktoru olduğu “Optomonitorinq” MMC-də 1,6milyon rubl mənimsədiyini etiraf edib və ziyanın da bir qisminiödəyib.

Məlumata görə, məhkəmə bu əməlinə görə Sergey İonovun 2,5 ilazadlıqdan məhrum olunması barədə qərar qəbul edib.

Qeyd edilir ki, ziyanın bir qismini ödəməsinə və 2,5 ilazadlıqdan mərhum olunmasına baxmayaraq, Savelyev qisas almaqniyyətindən vaz keçməyib və cəzaçəkmə müəssisəsindəki Sergeyİonovun qətlinin sifarişi üçün 10 milyon rubl verib.

Xatırladaq ki, avqustun 2-də Federasiya Şurasının iclasındatoxunulmazlığı ləğv edilən senator saxlanılıb. Dmitri SavelyevRusiyanın Federal Penitensiar Xidmətinin keçmiş əməkdaşına Sergeyİonovun qətlini sifariş verməkdə şübhəli sayılıb. Sergey İonovcəzaçəkmə müəssisəsində qətlə yetirilib, sonra isə saxta təciliyardım çağırış kartı və meyitin müayinəsi üçün protokol tərtibedilib. Bu məlumat ona çatdırıldıqdan sonra Dmitri Savelyev 10milyon rubl (100 min dollar) qonorarı qatilə verib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
31
az.trend.az

10Sources