EN

AccessBank və regionların inkişafı: Renat Hümbətovla müsahibə (FOTO)

Bakı. Trend:

AccessBank bir çox maliyyə göstəricilərinə görə Azərbaycanınaparıcı maliyyə institutlarından biridir. Fəaliyyətə başladığıgündən etibarən bank mikro və aqrokreditlərin maliyyələşdirilməsisahəsinə xüsusi diqqət yetirir və hazırda ölkədə mikro, kiçik vəorta biznesin maliyyələşdirilməsi sahəsində liderlik mövqeyiniqoruyub saxlayır. AccessBank-ın regional filiallarının sayı artıq35-ə çatdırılıb və bank öz portfelini genişləndirmək və göstərilənxidmətlərin keyfiyyətini artırmaq məqsədi ilə filial şəbəkəsiningenişləndirilməsinı davam etdiri.

AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqromüştərilərlə iş üzrə İcraçı Direktor Rənat Hümbətovlamüsahibə:

  • Rənat bəy, AccessBank 20 ildən artıqdır ki yerli bankbazarında fəaliyyət göstərir, mikro və aqrokreditlərinmaliyyələşdirilməsi sahəsində liderdir. Bu illər ərzində eynimövqeyi qorumağı necə bacarırsiniz?
  • Kifayət qədər çətin sualdır, çünki bu nəticə bir çox mühümfaktorun qarşılıqlı təsiri nəticəsində əldə edilib. Əsasfaktorlardan biri - mikrokreditlərin təyin edilməsimetodologiyasıdır ki, bu da 20 il ərzində təkmilləşdirilib. Bizdaim bazar tendensiyalarını izləyirik, yeni məhsullar yaradırıq,kredit portfelinın idarə edilməsi sahəsində yeni alətlər tətbiqedirik. Əldə etdiyimiz nailiyyətlərdə proseslərin avtomatlaşdırmasıvə filial şəbəkəsinin genişləndirilməsi prosesləri də mühüm roloynayıb. Bizim inkişafımızın ən vacib və dəyişməz səbəbi isə yüksəkixtisaslı komandamızdır. AccessBank uzun illər ərzində bankirlərüçün məktəb olub, elə indi də Azərbaycanın bank sektoru üçün ənyaxşı kadrları yetişdirməyə davam edir.
  • Filial şəbəkəsinin genişləndirilməsi siyasəti nələrinəzərdə tutur? İlin əvvəlindən AccessBank artıq üç regional filialaçıb. Yeni filialların açılması hansı bölgələrdə planlaşdırılır vəbu tendensiya mikro və aqro kredit portfelinin artımına necə təsirgöstərir?
  • AccessBank filial şəbəkəsini fəal şəkildə genişləndirməkdədavam edir. İlin əvvəlindən Masallı, Goranboy və Qubada yenifiliallarımız açılıb. Ümumiyyətlə, bankımızın kredit portfelinin60%-i məhz regional filialların payına düşür, eyni zamanda onların37%-i aqrokreditlər təşkil edir. Portfeldə əhəmiyyətli artım aqrarsektorun inkişafı və fermer təsərrüfatlarının dəstəklənməsi üzrədövlət proqramları ilə bağlıdır. Biz bu sahədə Sahibkarlığınİnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA)ilə sıx əməkdaşlıq edirik. Filial şəbəkəsinin genişləndirilməsimaliyyə əlçatanlığının artırılması və etibarlı maliyyə tərəfdaşıimicinin gücləndirməsinə yönəlmiş prioritet planlarımızın tərkibhissəsidir. Biz yeni filiallar açmazdan əvvəl bölgələrdə fərdisahibkarlığın vəziyyətini, kənd təsərrüfatı potensialını diqqətlətəhlil edirik. Eyni zamanda, biz prosesləri optimallaşdıraraqməsafədən satış kanallarını da tətbiq edirik. Bazar tələbinintəhlilinin nəticələrindən və müxtəlif regionlarda sahibkarlığınvəziyyətini nəzərə alaraq şəbəkəmizi genişləndirməyə davamedəcəyik.
  • AccessBank Azərbaycanda sahibkarlığın inkişafınıdəstəkləyir. Yeni filialların açılması regionlarda məşğulluğuntəmin edilməsinə də töhfə verir. AccessBank-ın regional ofislərindənə qədər işçi çalışır və onların ixtisasını artırmaq üçün hansıtədbirlər görülür?
  • AccessBank ölkədə filial sayına görə üçüncü yerdədir. Hazırdabankımızın 35 filialı fəaliyyət göstərir, onlardan 15-i Abşeronda,qalan 20-si isə ölkənin müxtəlif regionlarında yerləşir. Regionalfiliallarda 516 əməkdaş çalışır ki, bu da bankın ümumiəməkdaşlarının 56%-ni təşkil edir. Biz həm daxili, həm də xariciresurslardan istifadə edərək əməkdaşlarımızın bacarıqlarınıninkişafına böyük əhəmiyyət veririk. Məsələn, bu yaxınlardaBeynəlxalq Ticarət Palatasının (İCC) mütəxəssisləri tərəfindənkredit risklərinin idarə edilməsi mövzusunda mikrokreditqruplarının menecerləri üçün təlim keçirilmişdir. Biz müştərixidmətlərinin daim yüksək səviyyədə saxlanılması və bazar tələbinəuyğun məhsul çeşidlərinin təqdim edilməsi məqsədi ilə mütəmmadiolaraq belə təlimlər təşkil edirik.
  • Aqrokreditlərin maliyyələşdirilməsi sahəsi üçün hansışərtləri təklif edirsiniz? Spesifik tələblər və kənd təsərrüfatınınmövsümiliyinə görə dəyişən ödəniş cədvəlinin tətbiqi imkanlarımümkündürmü?
  • Biz kənd təsərrüfatı sahibkarlarının ehtiyaclarını nəzərəalaraq xüsusi hazırlanmış aqrokredit məhsulları təklif edirik.Məhsulların əsas məqsədi resursların vaxtında əldə edilməsinin vərahat ödəniş planının təmin edilməsidir. Kənd təsərrüfatındamövsümiliyinin vacibliyini anlayırıq və bu xüsusiyyətləri nəzərəalaraq çevik ödəniş qrafikləri təklif edirik. Aqrar portfelimizindinamikası müştərilərimiz üçün şərtlərimizin uyğun olmasını təsdiqedir. Aqrar sektordakı tendensiyaları və artan tələbatı daimizləyirik ki, müştərilərimizin gözləntilərinə və tələblərinə uyğunməhsullar təklif edə bilək.
  • Bankınız hansı həcmdə mikro kreditlər təqdim edir?Mikro, kiçik və orta müəssisələr üçün hansı məbləğlərəlçatandır?
  • Mikro kreditlərin maliyyələşdirilməsi sahəsində əldə edilənnəticələrimizi məmnuniyyətlə paylaşmaq istərdim. AccessBank-ınölkənin bank sektorunda ümumi mikro kredit portfelindəki payı25%-dən artıqdır, bu da 700 milyon manatdan artıq vəsait deməkdir.Bu seqmentdə aktiv müştərilərin sayı 70 minə yaxındır və AccessBankhər ay orta hesabla 5,5 min mikro kredit verir. Biz müştərilərinehtiyaclarına uyğun müxtəlif məbləğlərdə mikrokreditlər təqdimedirik. Mikro, kiçik və orta müəssisələr üçün fərqli məbləğlərmövcuddur ki, bu da bizə onların geniş maliyyə ehtiyaclarınınödənilməsinə imkan verir. Əsas məqsədimiz müştərilərimizin maliyyəehtiyaclarını tam təmin etmək və onların biznesinin inkişafınıbütün mərhələlərdə dəstəkləməkdir.
  • Yaxın gələcəkdə mikrosahibkarlar üçün yeni məhsul və yaxidmətlərin istifadəyə verilməsi planlaşdırırmı?
  • AccessBank məhsulların keyfiyyətinin artırılması və müasirinformasiya texnologiyalarını tətbiq etməklə bazarda maliyyəxidmətlərinin əlçatanlığını genişləndirmək üzərində daim çalışır.Hazırda mikro sahibkarlar üçün xüsusi mobil tətbiqinin hazırlanmasıişləri bitmək üzrədir və bu ilin avqust ayında istifadəyə verilməsiplanlaşdırılır. Bu proqramın müştərilərimiz tərəfindən yüksəkqiymətləndiriləcəyinə əminik, çünki tətbiq vasitəsilə əlavə olaraqxidmətdə rahatlıq və çeviklik təmin ediləcək. Müştərilərimizintələblərini təmin etmək və onların bizneslərinin yüksək səviyyədəsaxlanılması üçün biz təkmilləşməyi və yeni həllərin inkişafetdirilməsini davam edəcəyik.
  • AccessBank müştərilərinə vəsaitlərin idarə edilməsi vərisklərin minimallaşdırılması məsələləri ilə bağlı məsləhətxidmətləri göstərirmi?
  • Fəaliyyətinin ilk günlərindən AccessBank müştəriləri ilətərəfdaşlıq əlaqələri qurur və bütün əməkdaşlıq dövrü ərzindəmüştərilərimizə maliyyə sabitliyinin qorunub saxlanılmasınayönəldilmiş məsləhət xidmətləri göstəririk. Müştərilərin bizəetibar etməsi, olanlaşdırılan və mövcud olan bizneslərinininkişafında onlara dəstək olacağımıza əmin olmaları bizim üçünvacibdir. Təkcə bu il USAID-in təşkil etdiyi aqro kreditlərinmaliyyələşdirilməsi üzrə təlimdə 50-dən çox sahibkar iştirak edib.Bundan əlavə, AccessBank-ın dəstəyi ilə ABŞ-ın AzərbaycandakıSəfirliyi tərəfindən maliyyələşdirilən və Beynəlxalq ÖzəlSahibkarlıq Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən"Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri” layihəsiçərçivəsində AccessBank-ın dəstəyi ilə 200-dən çox qadın sahibkarbiznesin keyfiyyətli idarə edilməsi mövzusunda müxtəlif təlimlərdəiştirak edib. Biz ilin sonuna qədər təlimlərə dəstək tədbirlərinidavam etmək, növbəti ildə isə onların sayını artırmağıplanlaşdırırıq.
  • AccessBank üçün yaxın üç-beş il üçün hansıperspektivlər və məqsədlər görürsünüz?
  • Hazırda üç illik strateji planın icrası mərhələsindəyik və deyəbilərəm ki, bank artıq əksər sahələrdə qarşıya qoyduğu məqsədləriüstələyir. Qarşıdakı illərdə AccessBank mikrobiznesləri intensivşəkildə dəstəkləmək və bazarda liderlik mövqeyini inamla qoruyubsaxlamaq niyyətindədir. Texnologiyalar sürətlə inkişaf etdiyi üçünrəqəmsal bankçılığın inkişafına xüsusi diqqət yetiriləcək, çünki budəyişikliklərə vaxtında uyğunlaşmaq vacibdir. Biz artıq rəqəmsalhəllər tətbiq etmişik və müştərilərimizə xidmət keyfiyyətiniartırmaq üçün onları daim təkmilləşdirəcəyik.
  • AccessBank yaxın gələcəkdə Azərbaycanda yeni başlayansahibkarların dəstəklənməsi istiqamətində hansı təşəbbüsləridəstəkləməyi planlaşdırır?
  • AccessBank Azərbaycanın bank sektorunda ilk dəfə olaraqsahibkar olmaq istəyən şəxslər üçün “Bizdən Biznesə” qrantlayihəsinə start verir. Biz perspektivli ideyaları olan, lakinonları həyata keçirmək üçün kifayət qədər resurs və özgüvəniolmayan iddialı insanları dəstəkləmək niyyətindəyik. Bu layihə dahaçox sosial xarakter daşıyır və bu bizim Azərbaycanda sahibkarlığıninkişafına əlavə töhfəmiz olacaq. Məsləhət xidmətləri və ilkinkapital təqdim etməklə, sahibkar olmaq istəyənlərə öz biznesləriniyaratmağa köməklik edəcəyik. Layihə tezliklə istifadəyəveriləcək.

Ətraflı müsahibə üçün təşəkkür edirik. Azərbaycandasahibkarlığın dəstəklənməsi missiyanızda uğurlar arzuedirik.

AccessBank
AccessBank
AccessBank
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
8
az.trend.az

9Sources