EN

Moldovada deputat arı sancmasından vəfat etdi

Moldovada hakim partiyanın deputatı Yuri Pasat arı sancmasından vəfat edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, siyasətçi anafilaktik şokdan həyatını itirib.

Qeyd edək ki, deputatın 52 yaşı var idi. O, parlamentdə kənd təsərrüfatı üzrə parlament komissiyasının sədr müavini vəzifəsində çalışırdı.

Chosen
20
3
qafqazinfo.az

10Sources