EN

Restoranda 12 min manatdan çox pul və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanıldı

İyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12 750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

 

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 6 Avqust 2024, 15:07   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
33
pravda.az

10Sources