EN

Neftçalanın icra başçısı kənd sakinləri ilə görüşdü - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonun Mürsəqulu kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib. 

“Qafqazinfo” xəbər verir ki, qəbulda Neftçala RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri iştirak edib.

Neftçala RİH-in başçısı M. Seyidov çıxış edərək bildirib ki, Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub, ayrı-ayrı regionlarımızda olimpia-idman kompleksləri tikilib, idman federasiyalarının fəaliyyəti, idmançılarımızın problemlərinin həlli dövlətimizin daimi diqqətindədir. Prezident İlham Əliyevin hər dəfə beynəlxalq yarışlarda iştirak edən idmançıları qəbul etməsi, onlarla səmimi söhbətlər aparması, idman sahəsinə aid xüsusi sərəncamlar imzalaması da dövlət başçısının idmana, idmançılara olan diqqət və qayğısını nümayiş etdirir.

O qeyd edib ki, möhtəşəm zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir.

İcra başçısı daha sonra Neftçalada görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.




Chosen
243
5
qafqazinfo.az

10Sources