EN

"Zəngəzur dəhlizi" Ermənistan və Azərbaycanın sülh müqaviləsindən çıxarılıb

Bakı və Yerevan Azərbaycanla Naxçıvanı birləşdirməyi nəzərdə tutan nəqliyyat xətti ilə bağlı maddəni sülh sazişi layihəsindən çıxarıb.

Bunu Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyov Azadlıq Radiosuna deyib.

Bakı bu yolu “Zəngəzur dəhlizi” adlandırır.

Əmirbəyov deyib ki, onlar qarşılıqlı razılaşma əsasında bu maddəni sülh danışıqlarından çıxararaq, sonrakı mərhələyə saxlayıblar.

“Mən sülh razılaşmasının yekunlaşdırılması işini daha da çətinləşdirmək istəmirəm. Ona görə də biz qərara gəldik ki, bunu mətndən çıxaraq”, Əmirbəyov müsahibəsində bildirib.

Ermənistan da bunu təsdiqləyib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan qeyd edib ki, nəqliyyat yollarının açılması sülh və regional inkişaf baxımından Ermənistan üçün vacib məqamdır və bu, Ermənistanın Sülh Qovşağı proqramında öz əksini tapıb.

Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin açılması rəsmi Bakı və Yerevan arasında hələ də öz həllini tapmayan məsələdir.

Bakı və Moskva bu yola Rusiyanın nəzarət etməsini tələb etsələr də, Ermənistan bunun əleyhinədir və nəqliyyat xətlərinin təhlükəsizliyini özü təmin etmək istəyir.

Bu yaxınlarda İranın ali dini lideri Ayətullah Xameneyi isə demişdi ki, onlar Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edirlər və bunun əleyhinədirlər.

Videoya YouTube kanalımızda baxın.

Chosen
152
bbc.com

1Sources