Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Terrorizmlə mübarizə məsələləri müzakirə edilib”, - məlumatda deyilir.
Kremlin mətbuat xidməti əlavə edib ki, dövlət başçısı görüş zamanı Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun hesabatını dinləyib. Qeyd edək ki, Rusiya lideri mütəmadi olaraq Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşlər keçirir.