EN

“Кавказский узел” müsabiqənin nəticəsini açıqladı: Azərbaycanlı jurnalist qaliblər arasında

Yayımlandı: 9 Avqust 2024 17:42 Aytən Fərhadovanın Meydan TV-də dərc olunmuş məqaləsi mükafat aldı “Кавказский узел” mərhum dağıstanlı jurnalist Əhmədnəbi Əhmədnəbiyevin adını daşıyan illik müsabiqənin nəticələrini açıqlayıb. Qaliblər arasında azərbaycanlı jurnalist Aytən Fərhadova da var. 60 laureat arasında birinci yeri Pavel Vasilyev tutub. Məqalə 2023-cü ildə Mahaçqala Hava Limanında baş verən qırğınla bağlıdır. Oktyabrın 29-da axşam Mahaçqalada antisemit etirazlar daha da böyüyüb, qırğına çevrilib. Təl-Əvivdən uçan təyyarəni qarşılamaq üçün əllərində Fələstin bayraqları olan izdiham beynəlxalq hava limanına daxil olub. Pavel Vasilyev İsraildən uçan sərnişinlərlə danışıb, həmçinin onların təqdim etdiyi videoyazıları araşdırıb və iğtişaşlar törətmiş hava limanından hadisələri ətraflı şəkildə hazırlayıb. Qalan iki jurnalist ikinci yeri, üç materialın müəllifi isə üçüncü yeri bölüşdürüb.İkinci yerə çıxan jurnalist Maksim Rıçkovun məqaləsi Qafqazda etnik deportasiyalarla bağlıdır. Aleksandr Qonçarenko isə Rusiyanın Ukraynadakı müharibəsinin Krasnodar diyarına və Cənub Federal Dairəyə necə təsir etdiyindən yazıb. Aytan Fərhadovanın etnik azərbaycanlı əhalinin kompakt yaşadığı Kvemo Kartli bölgəsindən hazırladığı məqalə üçüncü yerə çıxıb. Jurnalistin həmin məqaləsi Meydan TV-də dərc edilib. Jurnalist yazıda təhsilli və gürcü dilini mükəmməl bilən Kvemo Kartli bölgəsindən olan gənclərin ölkədə gedən mühüm ictimai proseslərdə iştirakından yazıb. Həmçinin məqalədə etnik azərbaycanlıların Gürcüstanda “xarici agentlər haqqında” qanunun qəbuluna qarşı aksiyalarda necə iştirak etdiyi təsvir edilib. Məqalə “Gürcü etirazlarının azərbaycanlı siması” adlanır. Üçüncü yerə çıxan jurnalistlərdən digəri Andrey Zatirko “FSB institutunun məzunu Ermənistanda Rusiyadan qaçan çağırışçının oğurlanmasında iştirak edib” adlı məqalə hazırlayıb. Məqalə rus Dmitri Setrakovun 2022-ci ilin payızında səfərbər edilməsindən, yazda öz bölməsindən qaçıb və müharibə əleyhdarı fəallar tərəfindən Rusiyadan çıxarılmasından bəhs edir. Setrakov Gümrü şəhərindəki 102-ci hərbi bazanın hərbi polisi tərəfindən saxlanılıb, Rusiya hərbi bazasının ərazisinə köçürülüb. Üçüncü yeri bölüşən jurnalistlərdən Qayan Sarkisyan blokada şəraitində yaşayan “Dağlıq Qarabağ” sakinləri barəsində yazıb. Məqalədə mühasirəyə alınmış ərazidə hamilə Mariya Musayelyandan, altı azyaşlı uşaq anası Liana Voskanyandan və oğlu Norine Danielyanın oğlundan, Karonun bir neçə xroniki xəstəliyi olan oğlunun dərman və müalicə ehtiyaclarından danışılır. Münsiflər heyəti qalib və mükafatçılardan başqa, Qafqaz haqqında yazan müəllif, jurnalist və blogerlərin daha 54 materialını qiymətləndirib. Xatırlatma Əhmədnəbi Əhmədnəbiyev 2013-cü ildə naməlum şəxsin açdığı atəş nəticəsində həlak olub. Bu hadisədən öncə də oan qarşı sui-qəsd olmuşdu. Əhmədnəbiyevin yazdığı problemlər həm Şimali Qafqazda, həm də Cənubi Qafqazda hələ də aktualdır. Bu il yanvarın 30-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Əhmədnəbi Əhmədnəbiyevin qohumlarının Rusiyaya qarşı qaldırdığı iddiada yaşamaq hüququnun pozulmasını tanıyıb. AİHM xüsusilə qeyd edib ki, hakimiyyət təhdidlərə məruz qalan Əhmədnəbiyevi müdafiə etməyib. Jurnalistin oğluna 26 min avro təzminat ödənilib. Məhkəmənin qərarını şərh edən vəkil Qalina Arapova bildirib ki, jurnalistlərin qətlinin səmərəsiz araşdırılmasına görə səlahiyyətli orqanlar məsuliyyət daşıyır və cəzasızlıq mühiti kəskin jurnalist yazılarından narazı olanlara sərbəstlik verir və özünütəşvişə salır. Jurnalistin oğlu hesab edir ki, AİHM-in Əhmədnəbiyevin işi üzrə çıxardığı qərar çətin ki, onun ölümü ilə bağlı istintaqa təsir etsin. Baxmayaraq ki, bu, mənəvi qələbədir. Meydan TV

Chosen
142
xural.com

1Sources