Bu il Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində iki yeni ixtisas yaradılıb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, bu ixtisaslar dronların texniki xidməti və təmiri üzrə mütəxəssis və alternativ enerji qurğu və avadanlıqlarının istismarıdlr.
Qeyd edək ki, bununla da təhsil müəssisəsində ixtisasların sayı 22-yə çatıb.
Xatırladaq ki, mərkəzin açılışı ötən ilin iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.