EN

Külək güclənəcək, yağış yağacaq

Bakı. Trend:

Avqustun 11-i Azərbaycanda hava şəraitinin dəyişkən buludluolacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasənyağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəziyerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 30-34° olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %,gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlardaleysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə vəsəhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdəarabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36°, dağlarda gecə10-15°, gündüz 16-21° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
125
2
az.trend.az

7Sources