EN

Bakıda orta aylıq əməkhaqqı 8 % artıb

Bu ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 272 manat təşkil edib.

Bu barədə Ednews-a Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

Xatırladaq ki, 5 ay ərzində Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 007,5 manat təşkil edib.

Chosen
86
17
ednews.net

10Sources