Deputatlığa namizəd seçki qanununu belə pozdu – Foto
Yeni Azərbaycan Partiyasının 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədi Anar Məmmədovun seçicilərlə görüşlərini bələdiyyələr və Tərtər rayon İcra Hakimiyyəti təşkil edir.
Tribunainfo.az xəbər verir ki, bu da Seçki Məcəlləsinin 11-1.1 və 55.2.1-ci maddələrinin pozulmasıdır. Belə ki, görüşlərdən fotolar yayan deputatlığa namizəd Anar Məmmədovun yanında Tərtər RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev də var.
Xatırladaq ki, namizəd A.Məmmədov bundan öncə də Seçki Məcəlləsinin 75.2-ci maddəsini pozub plakatını lövhələrə təşviqat başlamadan əvvəl asmışdı. Həmçinin o, Bərdə və ətraf rayonlardan olan seçiciləri Tərtər əhalisi kimi ictimaiyyətə təqdim etmişdi.