EN

Cari ilin birinci yarısında ölkədə yeni açılan iş yerlərinin sayı açıqlandı

Bakı. Trend:

Cari ilin altı ayı ərzində ölkədə 45,4 min yeni iş yerləriaçılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, bu dövrdəyaradılmış iş yerlərinin 95,1 faizi qeyri-dövlət sektorunda açılıb.Yeni açılmış iş yerlərinin 79,4 faizi Bakı şəhərinin, 1,7 faiziNaxçıvan Muxtar Respublikasının, 18,9 faizi digər regionların, ocümlədən 4,7 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1faizi Lənkəran-Astara, 1,9 faizi Quba-Xaçmaz, 1,8 faiziŞirvan-Salyan, 1,3 faizi Qazax-Tovuz, 1,2 faizi Qarabağ, 1,2 faiziŞəki-Zaqatala, 1,0 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran,0,4 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadirayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,6 faizi yeni yaradılmış müəssisəvə təşkilatlarda, 88,4 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faiziisə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindənyaradılmış iş yerlərinin 26,4 faizi tikinti, 18,7 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi emal sənayesi, 7,9 faizituristlərin yerləşdirilməsi və ictimai iaşə, 7,7 faizi nəqliyyat vəanbar təsərrüfatı, 7,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,5faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faiziəhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi digərsahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə,2,2 faizi təhsil, 7,0 faizi isə digər iqtisadi fəaliyyət növləriüzrə açılıb.

Bununla yanaşı, bu ilin birinci yarımili ərzində ölkədə 4,5 miniş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,6 faiziqeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 51,7 faizimüəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 48,3faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılanixtisarlar ilə əlaqədar bağlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
6
az.trend.az

10Sources