EN

Ərbəin ziyarətinin “Azerspace-1” peykindən canlı yayımına başlanılıb

Bakı. Trend:

Dünyada ən izdihamlı müsəlman dini toplantılarından olan Ərbəinziyarətinin tədbirlərinin “Azerspace-1” peyki üzərindən canlıyayımına başlanılıb.

Trend bu barədə Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Ərbəin ziyarəti zamanı hazırlanan proqram vətədbirlərin fars, ərəb, ingilis, türk və urdu dilində olan canlıyayımı “Azerspace-1” peyki vasitəsilə 5-dən çox qlobal mediaqrupunun televiziya şəbəkəsinə ötürülür. Beləliklə, “Azerspace-1”peyki sayəsində bu ziyarətin maraqlı anları Yaxın Şərq ölkələrinin500 milyon əhalisinin təxminən 50% izləyicisinə çatdırılır.

Bu həftədən etibarən başlayan və avqustun sonuna kimi İraqınKərbəla şəhərində keçirilən Ərbəin ziyarətində bu il təxminən 20milyondan çox insanın iştirakı proqnozlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
14
az.trend.az

10Sources