EN

Xaricə alma satanların gəlirləri bir qədər aşağı düşün - İXRAC AZALIB

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 23 milyon 567 min dollar dəyərində 35 min 426 ton alma ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 753,4 min dollar və ya 3,1%, miqdar ifadəsilə 2 167 ton və ya 5,8% azalıb.

2023-cü ilin ilk 7 ayında isə Azərbaycandan 24 milyon 321 min dollar dəyərində 37 min 593 ton alma ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1,13 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,10 manat idi. Bu da qiymətlərin 3 qəpik və ya 2,8% artması deməkdir.

Bu il ümumi ixracının 0,15%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,26%-i almanın payına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
120
50
fed.az

10Sources