EN

Buğda idxalı azalıb: Çörəyin qiyməti bahalaşacaq?

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib. 

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20 % və ya 117,4 min ton, məbləğ baxımından isə 37.7 % və ya 62 mln. ABŞ dolları azdır.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 0.95 %-nə bərabər olub. 

Bildirək ki, hesabat dövründə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7 % azalaraq 222.8 ABŞ dolları təşkil edib.

Cari ilin 6 ayı ərzində idxal edilən buğdanın həcminin azalması ölkədə un və un məhsullarının qiymətinin artmasına gətirib çıxaracaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, yerli istehsal olan ərzaq buğdasının böyük əksəriyyəti heyvan yemi kimi istifadə edilir, keyfiyyəti aşağıdır:

"Xaricdən, yəni Rusiyadan idxal edilən ərzaq buğdasından isə çörək bişirilir. Azərbaycan xaricdən il ərzində 1 milyon 300 min ton buğda alır.  Ötən ilin yaz-payız aylarında, mövsüm dövründə ucuz olduğuna görə bizdə idxalı artırdılar.

Statistikaya nəzər salsaq görərik ki, həmin dövrdə 25-30 faiz normadan artıq taxıl idxal edilib. Yəni ehtiyatların böyük hissəsi ötən ilin yay və payız aylarında idxal edilib. Biz tələbatın böyük hissəsini həmin dövrdə idxal etdiyimizə görə, yanvar ayından sonra idxal səngiməyə başladı. İndi yenidən idxal sürətlənib. Ötənilki praktika yenidən təkrarlanır.

Ötən ilin eyni dövrü ilə müqayisədə normal səviyyədə taxıl idxalı müşahidə ediləcək. Taxıl idxalı çoxlacaq, bu da qiymətlə bağlıdır. Bizim anbarlarımız, terminallarımız var. O ölçüdə taxılı ölkə daxilində saxlaya bilərik. Ona görə də ucuz vaxtda taxılı alıb yığırıq, bahalaşanda isə daha az idxal edirik və burada uduş əldə edirik.

Bu gün Azərbaycanda kifayət qədər taxıl var. Gələn il də eyni qaydada taxıl idxalı müşahidə ediləcək. Yəni, buğda idxalının azalmsına görə narahatlığa heç bir əsas yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
2
cebheinfo.az

10Sources