EN

Cənubi Qafqazda ən çirkli hava Ermənistandadır yoxsa Azərbaycanda?

Məqalə barədə məlumatMüəllif, İlkin HəsənovVəzifə, BBC News Azərbaycanca, Bakı

2023 Dünya Hava Keyfiyyəti Hesabatına görə, Azərbaycan dünya ölkələri sırasında havanın çirkliliyi cədvəlində 52-ci yerdə qərarlaşıb.

Dünyanın 134 ölkəsinin hava çirkliliyi dəyərlərini təhlil edən 2023 Dünya Hava Keyfiyyəti Hesabatı bu günlərdə ictimaiyyətə açıqlanıb. Azərbaycanın ən çirkli havası olan şəhəri isə Bakı olub.

Qonşu ölkələrdən çirkliliyə görə cədvəldə Ermənistan 31-ci, Türkiyə 44-cü, Gürcüstan 62-ci, Rusiya 94-cü yeri tutub. İran, ictimaiyyətə açıq monitorinq məlumatlarının olmaması səbəbindən 2023-cü ildə qiymətləndirmə sırasında olmayıb.

Hesabatın nəticələrinə görə, Qafqazda hava çirkliliyinin ən çox olduğu ölkə Ermənistan olub, elə regiondakı paytaxtlardan da Yeravan ən çox hava kirililiyi olan şəhər kimi göstərilib.

İsveçrədə yerləşən hava keyfiyyəti texnologiyası şirkəti IQAir tərəfindən hər il dərc edilən hesabat hər kubmetr üçün xırda hissəciklərin (PM 2.5) sıxlığının ölçülməsinə əsaslanır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hava çirkliliyi həddi dəyərlərindən istifadə edən hesabata görə, ötən il dünya üzrə yalnız 7 ölkə bu həddən aşağı təmiz hava ilə nəfəs alıb. Bu ölkələr Avstraliya, Estoniya, Finlandiya, Qrenada, İslandiya, Mavriki və Yeni Zelandiyadır.

Paket cazibəsi. “Tullantısız həyat”ın dəbdə olmadığı bir ölkədə tullantısız necə yaşamaq olar?Xəzər balıqlarından niyə mazut iyi gəlir?Böyük Şor gölündən gələn üfunət qoxusu nədir?Yerevanın

Şəklin mənbəyi, Getty Images

Chosen
136
bbc.com

1Sources