EN

Mərd Qayalı

Əsilləri Qazaxın Daş Salahlı kəndindən olan "Qayalı" nəslini bir çoxları yaxşı tanıyır. Bu bu nəsl ən böyük nəsillərdən hesab olunur.

Bilənlər, görənlər hər zaman vuğrulayıb ki, "Qayalı"da ərlər-ərənlər yetişir. 

Sabiq polis serjantı Göyüş Əsgərov da mənsubu olduğu nəsil barəsində şeir yazıb.

32gun.az həmin şeiri təqdim edir:

Gözüylə qor götürəndir

Gecə karvan keçirəndir

Dərdə şəfa gətirəndir

Saf ürəkli, mərd Qayalı.

 

Böyük nəsil "Qaya" soylu 

Həm igiddir, həm qürürlu

Mərhəmətli, üzü nurlu

Əl tutandır mərd Qayalı 

 

Tərəkəmə aran-dağlı

Motalları pendir-yağlı

Bol ruzili, barlı-bağlı

Əzəmətli, mərd Qayalı 



Qara Bəzir, Xallı Kərəm

Qara Bəzir, Xallı Kərəm

Yoxluğunuz bizə qəm

Gözümüzdə saxladınız nəm

Görməyəsiniz dərd Qayalı.

 

Göyüş deyər aram-aram

Bu nəsildə mən də varam

Hər an sənin ağrın allam

Sağlam ruhlu mərd Qayalı 

     Göyüş Əsgərov (14.08.2024)

Chosen
23
1
32gun.az

2Sources