EN

Londonda hava limanı işçiləri tətil qərarı verdi

Böyük Britaniyanın ən böyük hava limanı olan "Hitrou"da sərhəd xidmətinin yüzlərlə əməkdaşı tətil elan edib.

QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, tətil avqustun 31-dən sentyabrın 3-dək dörd gün davam edəcək. İşçilər iş şərtlərinin yaxşılaşdırılmasını tələb edərək, iş müqaviləsində razılaşdırılan vaxtdan artıq işləmək istəmədikləri üçün tətil etməyə qərar veriblər.

Tətil hava limanının ən işlək olduğu dövrlərindən biri, məktəblilərin yay tətilinin sona çatması ilə üst-üstə düşəcək. Bu da hava limanında saatlarla yubanmalara səbəb ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
11
qaziler.az

10Sources