EN

Ermənistan sərhəddə təxribatlarını davam etdirir

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Korrespondent.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

Chosen
163
7
korrespondent.az

10Sources