EN

Pulunuz varsa: Harada ev almaq daha sərfəlidir?

2023-cü ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 52 ev alıblar.

Bu barədə Türkiyə Statistika Xidməti bildirib. Azərbaycan vətəndaşları 2022-ci ilin dekabr ayında Türkiyədə 139 ev almışdılar. 

2023-cü ilin 12 ayı ərzində (yanvar-dekabr) Azərbaycan vətəndaşları Türkiyədə 832 ev alıblar. Bu say 2022-ci ildə 1330 idi. Beləlikə, azərbaycanlıların Türkiyədə ev alışında azalma müşahidə edilib. Ən çox evi Türkiyədə Rusiya Federasiyası vətəndaşları alıblar. Belə ki, ötən il Rusiya Federasiyası vətəndaşları Türkiyədə 10 min 560 ev alıblar. 

Maraqlıdır, yatırımlıq pul varsa, hansi ölkədə ev almaq sərfəlidir-Azərbaycan, Türkiyə, yoxsa Rusiya? 

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-açıqlamasında deyib ki, xaricdə alınan əmlaklar daha çox yatırım məqsədilə istifadə edilir:

“Ölkədaxili əmlak bazarında durğunluq müşahidə edilir. Vətəndaşlar kirayə və köclə əlaqədar qonşu ölkələrdə mlak alqı-satqısı edirlər. 

Qonşu ölkələrdən ev alan şəxslər öz büdcələrinə uyğun olaraq daha çox Rusiyadan alqı -satqı etməkdə maraqlı olurlar. Türkiyə ilə müqayisədə Rusiyada paytaxt və Sankt-Peterburq şəhərindən kənar yerlərdə evlərin qiyməti münasibdir. Rusiya regionlarında isə daha da ucuzdur. Lakin Türkiyənin əhalisi çox, ərazisi isə Rusiya ilə müqayisədə 17 dəfə az olduğundan, orada əmlak qiyməti yüksəkdir”. 

Ekspert bildirib ki, Türkiyədə ev alqı-satqısını daha çox rieltorlar icra edir: 

“Türkiyədə müxtəlif tikinti layihələri olduqda ölkəmizdə türkiyəli rieltorlar müxtəlif cəlbedici təkliflərlə əmlak-alqı satqısı təklif edirlər. Alınan əmlakın dəyəri yüksəkdirsə, Türkiyə Cümhuriyyəti vətandaşlığı da təklif edilir. Bu səbəbdən əmlak alqı- satqısına üstünlük verən vətəndaşlarımız olur. Bəzi vətəndaşlar evi aldıqdan sonra elə həmin şirkətə kirayə verirlər. Bu, daha çox passiv gəlirin gəlməsi və əldə olan pul vəsaitinin sığortalanması üçün istifadə edilir”. 

İqtisadçının fikrincə, daşınmaz əmlakın hansı ölkədə almaqdan çox, hansı yerdə yerləşməsinə diqqət etmək lazımdır: 

“İstənilən ölkədə əmlak alqı -satqısı zaman onun mövcüd dəyərinə diqqət etmək lazımdır. Məsələn, istənilən ölkədə mərkəzə yaxın və turizm patensiyalı böyük olan yerdə əmlakların qiyməti xeyli yüksək olur. Bu baxımdan hesab edirəm ki, ev almadan öncə onun potensialına diqqət etmək lazımdır”. 

V.Qocayev qeyd edib ki, Rusiyada müharibə, Türkiyədə isə hiperinflyasiya hökm sürür: 

“Bir ölkəyə yatırım etmədən öncə onun iqtisadi potensialına diqqət etmək lazımdır. Rusiya hazırda ağır iqtisadi sanksiyalara məruz qalır, o baxımdan orada yatırım edib ev almaq məsləhət görülmür. 

Türkiyədə isə son 20 ilin ən böyük hiperinfliyasiyası hökm sürür. Bu səbəbdən Türkiyədə hər il lirə dəyərini itirir. Orada ev almaq həm də bu baxımdan da risklidir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
6
cebheinfo.az

10Sources