RU

Onlar cəlbedicidir - Zodiakın ən dəbli BÜRCLƏRİ

Astrologiyada bəzi bürclər həmişə öz xarizması, zərifliyi ilə diqqəti cəlb edirlər. Onlar həm də təsirli üslubları və cəlbedici duruşları ilə tanınırlar. 

 

Sfera.az bu dəfə ən dəbli bürclərlə bağlı məlumatı təqdim edir.

 

Əqrəb bürcü - Sirli və cazibədar bürcdür. Səssiz, lakin təsir edici varlığı ilə diqqəti cəlb edirlər. Əqrəblər emosionallıqları və güclü iradəsi ilə tanınırlar. Soyuqqanlı və qətiyyətli mövqeləri onları həmişə ətrafdakılardan bir addım önə çıxarır. Əqrəblərin görünüşü və enerjisi hər zaman seçilir. Tünd rəng seçimləri və sadə, lakin dəbli geyim tərzi ilə tanınırlar. Əqrəblərin üslubunda dəri gödəkçələr, tünd rəngli paltarlar və göz oxşayan aksesuarlar yer alır.

 

Şir bürcü - Təbii liderlik qabiliyyətləri, özünəinamları və xarizması ilə tanınırlar. Onlar hər zaman diqqət mərkəzində olmağı bacarır və buna layiq mövqe nümayiş etdirirlər.  Şirlər dəbdəbəni sevirlər. Geyimləri, aksesuarları və rəftarları ilə həmişə diqqət çəkirlər. Cəsarətli rənglər, keyfiyyətli parçalar və çılğın detallar onların üslubunda ön plandadır.

 

Tərəzi bürcü - Zəriflik və gözəllik deyildikdə ilk ağla gələn bürclərdən biridir. Tərəzilər sosial zəkaları, diplomatik rəftarları və estetik duyğuları ilə diqqət çəkirlər. Onlar həmişə balanslı, xoş və cəlbedici bir duruş təqdim edirlər.  Onlar dəbli, zərif və balanslı geyim tərzi ilə tanınırlar. Pastel tonları, uyğun aksesuarlar və incə detallar onların üslubunda xüsusilə seçilir.

 

Oxatan bürcü – Sərbəst ruhu, macərapərəstliyi və enerjiləri ilə tanınırlar. Oxatanlar hər zaman canlı və müsbət davranışları ilə diqqəti cəlb edirlər.  Həyata optimist baxışları və həmişə şən rəftarları onları məşhur edir. Onların rahat və praktik bir üslubu var. Geyimlərində funksionallıq ön plandadır. Bohem və idman üslubu oxatanların tərzini ən yaxşı şəkildə təsvir edir.

 

Türkan 

Избранный
148
37
sfera.az

10Источники