RU

Məşhur şoumenin gənc sevgilisindən AÇIQLAMA – “Ayaqlarını...”


Şəxsi həyatı və açıqlamaları ilə tez-tez gündəmdə olan məşhur şoumen Mehmet Ali Erbil gənc sevgilisi Gülseren Ceylanla münasibəti ilə bağlı maraqlı açıqlamalar verib.

News24.az lent.az-a istinadən xəbərinə görə, ilk dəfə bir qadınla dini mərasimlə evləndiyini bildirən Erbil, özündən 41 yaş kiçik xanımı haqqında deyib: "Evli kimiyik, rəsmən olmasa da dini nikahlı arvadımdır, Gülseren belə olmasını istədi, mən də razılaşdım”.

Erbil sevgilisinin ailəsi ilə pis münasibətdə olduğunu və bu səbəbdən görüşmədiklərini bildirib. 

Sualları səmimi cavablandıran Ərbil sevgilisi Gülseren Ceylanın masajçısını evdən qovduğunu  da bildirib. Mövzu ilə bağlı açıqlama verən Ceylan deyib: "Başqası ona toxunanda, masaj edəndə əsəbiləşirəm. Evdə masajçılar işləyirdi, hamısını işdən çıxartdım. Onun ayaqlarını özüm masaj edirəm”. 

Ceylan övlad arzusundan da danışıb:

"Evlənmək istəməsə belə, haqlıdır, amma gələcəkdə Mehmet Əli Ərbildən mütləq uşaq sahibi olmaq istəyirəm. Erbil rəsmi evlənmək üçün nikah müqaviləsi istəyir, düşünmədən imzalayaram”.

Qeyd edək ki Erbilin 67, Ceylanın 26 yaşı var.



Избранный
56
5
news24.az

7Источники