UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" Xorvatiyada "Dinamo" (Zaqreb) komandası ilə qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matç "Dinamo"nun qələbəsi ilə yekunlaşıb.
İsveçli Qlenn Nyuberqin idarə etdiyi qarşılaşmada rəqib "Qarabağ"ın qapısından 3 cavabsız top keçirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.