RU

Tikinti materiallarının istehsalı 30 faiz artıb

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 779,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 2,3 dəfə, asfalt istehsalı 56,2 faiz, beton istehsalı 31,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6 faiz çoxalıb.
Bununla yanaşı, sement istehsalında 12,8 faiz, tikinti gipsinin istehsalında isə 10,4 faiz artım qeydə alınıb.

Избранный
68
businesstime.az

1Источники