RU

Kartofun bu zərərini heç kim bilmir: Beyin və damar sağlamlığınız təhlükədədir

Süfrələrimizdə tez-tez yer alan kartof üzərində aparılan son araşdırmalar onun indiyə qədər görülməmiş zərərini üzə çıxarıb.

Dünyanın bir çox yerində əsas qida növlərindən biri olan kartof yüksək karbohidrat tərkibi ilə tanınır. Kartof adətən qaynadılmış, qızardılmış, sobada bişirilmiş şəkildə istehlak edilir. Bundan əlavə, ondan kartof çipsləri kimi müxtəlif qida məhsulları hazırlanır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ancaq son araşdırmalar nəticəsində kartofun orqanizmi sözün əsl mənasında zəhərlədiyi anlaşılıb.

Kalorisi yüksək olduğu üçün arıqlamaq istəyənlərin menyudan çıxardığı kartofun bilinən ən böyük zərəri kökəlməyə səbəb olmasıdır.

American "Journal of Clinical Nutrition"da 2007-ci ildə dərc edilən araşdırma kartof qızartması kimi qızardılmış yeməklərin piylənmə ilə birbaşa əlaqəli olduğunu göstərib.

Ancaq onun çoxları tərəfindən bilinməyən zərərlərindən biri allergiyaya səbəb olmasıdır. Kartof allergiyası zənn ediləndən daha geniş yayılmış problemdir. Əgər kartof yedikdən sonra bədəninizdə qaşınma və ya hər hansı bir anormallıq hiss edirsinizsə, mütləq mütəxəssisə müraciət etməlisiniz.

Bundan əlavə kartof qızardılmış formada istehlak edildikdə həzm sisteminə zərər verir və həzm pozğunluğuna səbəb olur.

Qızardılmış kartofun ən dəhşətli zərərlərindən biri damarları zədələməsidir. Kartof ateroskleroza səbəb olur və hətta uzun müddətdə damarların tıxanmasına və insulta gətirib çıxarır.

Dietoloqların fikrincə, kartof qızartması orqanizmdə qocalmanı sürətləndirən zərərli birləşmələri də işə salır.

Qızardılmış kartof hətta yaddaşın da pozulmasına səbəb olur və beyin sağlamlığını təhdid edir.

Kartofun tərkibindəki nişasta insulin müqaviməti ilə bağlı diabet xəstələri üçün riskli ola bilər. Kartof qızartmasının tez-tez istehlakı orqanizmdə zəhərli maddələrin miqdarını artırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
139
1
milli.az

10Источники