RU

Azərbaycanda bu yanacaqdoldurma məntəqələri bağlandı - Fotolar

“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb.RegionXəbərləricom.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, “MS Oil” Nərimanov, Səbail və Abşeron rayonunun Mehdiabad qəsəbəsində və daha bir neçə ünvanda öz fəaliyyətini dayandırıb.Artıq “MS Oil”in Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 65 ünvanında və Səbаil rауonu, Salyan şosesinin (Şıxov) 13-cü km ünvanında yerləşən yanacaqdoldurma məntəqələrində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.Məlumat üçün bildirək ki, “SOCAR” brendli YDM-in Şıxovdakı ünvanda avqustun 10-da, Nərimanovdakı ünvanda isə avqustun 13-də açılışı olub. Bununla da, ölkə ərazisində “SOCAR” brendli YDM-lərin sayı 62-yə çatıb.Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
regionxeberlericom.az

1Источники