Gözdən əlilliyi olan seçicilərin sərbəst səs vermələri üçün 125 seçki dairəsinə trafaret veriləcək. SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın avqustun 22-də keçirilən iclasında söyləyib.
O bildirib ki, ümumilikdə 2471 seçki məntəqəsində panduslar quraşdırılıb.