RU

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum oldu

Bakı. Trend:

Bu il iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği(daxili və xarici borc) 11 milyard 407,1 milyon manat və yaxud2024-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 9,4 %-i qədər olub.

Trend bu barədə MaliyyəNazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 599,2milyon manatı (5 milyard 646,6 milyon ABŞ dolları) və yaxud 84,2%-i xarici kreditlərin, 1 milyard 807,9 milyon manatı və yaxud 15,8%-i isə daxili kreditlərin payına düşüb. Xarici dövlət zəmanətliborcun 4 milyard 329,7 milyon ABŞ dollarını və yaxud 76,7 %-ni (7milyard 360,5 milyon manat) "Cənub Qaz Dəhlizi" QSC-nin öhdəlikləriüzrə verilmiş dövlət zəmanətidir.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 51,6 %-nisabit, 48,4 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.

Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞdolları– 62,6 %, avro – 19,4 %, manat – 12,4 %, yapon yeni – 3,6 %,digər valyutalar – 2 %.

Dövlət zəmanətli borcun 63,4 %-i 5 ilə qədər olan müddətdə, 24,3%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 12,3 %-i isə 10 ildənyuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Dövlət zəmanətli kreditlərin 29,8 %-i müxtəlif investorların,5,4 %-i Dünya Bankının, 9,4 %-i Asiya İnkişaf Bankının, 1,2 %-iİslam İnkişaf Bankının, 5,7 %-i Avropa Yenidənqurma və İnkişafBankının, 3,6 %-i Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, 8%-i Asiya İnfrastruktur İnvestisiya Bankının, 15,9 %-i daxilikreditorların, 21 %-i isə digər kreditorların payına düşüb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
9
az.trend.az

10Источники